Kilian Mbappe ən yaxşı hücumçu seçilib
İspaniyanın "Real" klubunun yeni transferi Kilian Mbappe ən yaxşı 100 hücumçu arasında ilk pillədə yer alıb. Siyahıda ilk “3-lük"də müvafiq olaraq Kilian Mbappe, Harri Keyn və Erlinq Holann qərarlaşıb. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 15-ci, ABŞ-nin “İnter Mayami” komandasının superulduzu Lionel Messi isə 7-ci yerdədir. İlk “20-liy"i İtaliyanın “Napoli” klubunda çıxış edən gürcü Xviça Kvaratsxeliya tamamlayıb.
Zülfiyyə Telmanqızı