Kibertalama yolu ilə vətəndaşların 39 min manatdan çox vəsaiti mənimsənilib
Daxili İşlər Nazirliyi vətəndaşların kibertalamaya məruz qalma risklərinin gündən-günə artdığı bildirilib. "Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zəngləri, mesajları danışmadan, yazışmadan bloklayın" - deyə nazirliyin müraciətində qeyd olunur. Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir, sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Təkcə mayın 13-ü vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 35 min 218 manat və 2321 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Vüsalə Cənnətova