Kiberpolis sosial şəbəkədə qanunsuz onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb
Daxili İşlər Nazirliyi sosial şəbəkədə qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayevi saxlayıb. Onlar xaricdən idarə olunan qumar saytları ilə əlaqədə olaraq virtual kassalar yaradıb və sosial şəbəkələrdə profillər vasitəsilə onlayn oyunlar təşkil ediblər. Saxlanılan şəxslərin mənzillərində bank kartları, mobil nömrələr və digər sübutlar götürülüb. Bank kartlarının isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
16 yanvar 2026

