Canlı
Kişi voleybolçular arasında keçiriləcək “Çelenc Cup”ın 2-ci təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər dəqiqləşib

Kişi voleybolçular arasında keçiriləcək “Çelenc Cup”ın 2-ci təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər dəqiqləşib. Azərbaycan çempionu “Lokomotiv”in də avrokubokda debüt görüşünü idarə edəcək ədalət təmsilçiləri müəyyənləşib. Fərid Cəlalovun yetirmələrinin Kiprin “Apoel” klubu ilə oyunu gürcüstanlı Stefan Takayçviliyə həvalə edilib. Qarşılaşmada ikinci hakim funksiyasını serbiyalı Yovan Yovanoviç yerinə yetirəcək. Görüş noyabrın 21-də Bakıda baş tutacaq.

Ruhəngiz Hacızadə