Kişi sərxoş vəziyyətdə tüfənglə qardaşını yaraladı
Pirallahı rayonu ərazisində bir nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 1976-cı il təvəllüdlü İlham Həşimovun evdə sərxoş vəziyyətdə tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə şübhələr müəyyən edilib. Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Hadisə yerindən qanunsuz saxlanılan “Bum” markalı tüfəng götürülüb.
Vüsalə Cənnətova