Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq
2021-02-26 12:00
Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan Azərbaycan idmançıları ilə birgə məşq edəcəyi istisna olunmur. Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirə də qatılacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.
Fərid Mehdiyev