Kişi basketbolçularımız Ermənistan millisi ilə qarşılaşacaq
Kosovoda keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb. Kişi basketbolçularımız ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Malta seçməsinə qarşı olacaq. Təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.
Vüsalə Cənnətova