Kişi anası və qonşusunu öldürdü, həmkəndlisini bıçaqladı
Kürdəmirdə ağır qətl hadisələri törədilib. Hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham Əliyev əvvəlcə anası 1949-cu il təvəllüdlü Nəsibə Əliyevanın başını kəsib, sonra isə qonşusu 1970-ci il təvəllüdlü Famil Şükürovu qətlə yetirib, 1980-ci il təvəllüdlü həmkəndlisi F.Şükürovu isə ağır yaralayıb. Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Fərid Mehdiyev