Keçmiş məhkumlardan narkotik vasitələr aşkarlanıb
Bakıda əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 35 yaşlı Səbuhi Abasov və 24 yaşlı Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Fərid Mehdiyev