Keçmiş məhkum narkotiklərlə saxlanılıb
Bakıda əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İlqar Rəcəbov 7 kiloqram marixuana ilə saxlanılıb. O narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib. Həbs edilən şəxs barəsində cinayət işi başlanılıb.
Fərid Mehdiyev