Keçmiş məhkum külli miqdarda narkotik vasitələrlə saxlanıldı
Şirvanda əvvəllər məhkum olunmuş Vüsal Muradov külli miqdarda heroin və marixuana, eləcə də narkotik tərkibli həblərlə saxlanılıb. Muradovun narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirdən aldığı müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova