Keyfiyyətsiz, saxta aksiz markalı spirtli içkilərin istehsalı və satışının qarşısı alınıb
4 məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxsləri yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satıb. Həmin məhsullar saxta aksiz markaları ilə markalanıb. Külli miqdarlarda keyfiyyətsiz spirtli içki və saxta aksiz markaları maddi sübut qismində götürülüb. Baş Prokurorluqdan verilən məlumata görə, faktlarla bağlı cinayət işi başlanılıb.
Fərid Mehdiyev