Kerrik: “Sabah”ın hansı çətinlik yarada biləcəyinin fərqindəyik
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik də “Sabah”ın oyununu yüksək qiymətləndirib.“Qırmızı şeytanlar”ın çalışdırıcısı matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib ki, Bakı təmsilçisi yaxşı məşq keçmiş və oyun prinsipləri formalaşmış komandadır. “Sabah” son 12 ay ərzində çoxsaylı qələbələr qazanıb və bu da komandaya böyük inam verib.Rəqib topa sahib olduqda meydanda yaxşı irəliləyir, futbolçular arasında əlaqələr qurur və komanda şəklində uğurlu pressinq edir.Baş məşqçi “Mançester Yunayted”in “Sabah”ın yarada biləcəyi çətinliklərin tam fərqində olduğunu vurğulayıb.Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda başlayacaq.
10 sentyabr 2026

