Keniyanın Baş prokuroru Renson Mulele İnqonqa Ağdamda olub
Ölkəmizdə işgüzar səfərdə olan Keniyanın Baş prokuroru Renson Mulele İnqonqa Ağdamda olub. İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan quruculuq bərpa işləri ilə tanışlıq olub. Keniyalı nümayəndələr erməni vandalizminin izlərinin şahidi olublar.