Keçmiş məhkumlar 2 nəfəri bıçaqlayıblar
Abşeronun Mehdiabad qəsəbəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Polis bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Novruzovu saxlayıb.
Bakıda da bıçaqlanma olun hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Fərid Mehdiyev