Keçmiş məhkumdan narkotik vasitə və silah götürüldü
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron götürülüb.
Fərid Mehdiyev