Keçmiş məhkum narkotiklərə görə saxlanılıb
Bakıda əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərindən və avtomobildən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşının göstərişi ilə əldə ediblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər həbs ediliblər.
Fərid Mehdiyev