Kartlardan oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlanılıb. Onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub. Sözügedn şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib.
Zülfiyyə Telmanqızı