Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb
2021-04-13 18:00
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. 62 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub. İtaliyalı məşqçi ardıcıl 4 onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. Mütəxəssis 1999-cu ildə İtaliyanın “Yuventus”, 2003-ci, 2005-ci, 2006-cı, 2007-ci illərdə “Milan” klubu ilə, 2014-ci və 2015-ci illərdə isə “Real”la yarımfinala yüksəlib. O, qitənin bir nömrəli klub turnirində 8-ci dəfə bu raunda vəsiqə qazanmaqla Xosep Qvardiola və Joze Mourinyonun rekordunu da təkrarlayıb. “Real Madrid” dörddəbir finalda “Çelsi”ni iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.
Nərgiz camal