Karateçimiz Fujeirada qızıl medal qazanıb
16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən “Karate1 Youth League” turnirinin qızıl medalını qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı bütün rəqiblərindən güclü olaraq, yarışı qalib kimi tamamlayıb. Ondan əvvəl Nicat Kərimli və Rumil Cəfərli gümüş medala layiq görülüb. “Karate1 Youth League” turniri fevralın 26-da başa çatacaq.
Nərgiz Camalzadə