Karateçilərimiz Parisdə keçiriləcək Premyer Liqa turnirinə qatılacaqlar
Azərbaycan karateçiləri Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turnirində çıxış edəcəklər. Yanvarın 26-28-də gerçəkləşəcək yarışın mükafatları uğrunda millimizin 7 üzvü mübarizə aparacaq. Ölkəmizi hakim qismində Cahangir Babayev və Vüqar Kərimov təmsil edəcək.
Vüsalə Cənnətova