Karateçimiz Çilidə keçirilən turnirdə gümüş medal qazanıb
2020-01-13 12:06
Azərbaycan karateçisi İrina Zaretska Çilinin paytaxtı Santyaqoda keçirilən Karate1 Seriya A turnirində gümüş medal qazanıb. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda italiyalı Silviya Semeraroya məğlub olub. Dünya Karate Federasiyasının turnirinə 65 ölkədən 466 karateçi qatılıb. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırır.
Vəfa Şairova