Karantini pozan 1082 nəfər cərimələnib
2020-06-24 16:00
Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 866 nəfər, taksi və avtobuslarda maskalardan istifadə edilmədiyinə görə 1082 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Postlarda aparılan yoxlamalar zamanı 197 nəqliyyat vasitəsi rayon, 164-ü isə paytaxt istiqamətinə olmaqla 361 avtomobil geri qaytarılıb.
Vüsalə Camal