Karantin rejimlərinin pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb
2020-12-18 16:06
Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov bildirib ki, son 10 ayda 785 vəzifəli şəxs məsuliyyətə cəlb olunub. Bu rəqəm martın 14-dən dekabrın 14-dək olan dövrü əhatə edir.
Vüsalə Camal