Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir
2020-04-30 16:03
Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Qaydalara əməl edilmədiyi təqdirdə əhali arasında virusa yoluxmanın ikinci dalğası başlaya bilər. Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib ki, karantin rejiminin tətbiqi nəticəsində ölkədə yoluxma hallarının sayı azalıb. Lakin bu, əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Çünki virusa yoluxma ehtimalı hələ çoxdur.
Vüsalə Camal