Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndirilir

2020-11-21 16:00

Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhərin İcra hakimiyyəti başçıları, yerli hüquq-mühafizə yerli orqanlarının rəhbərləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəsmiləri iştirak ediblər. Baş nazir müharibədən sonra pandemiya ilə mübarizənin yenidən prioritet məsələ olaraq gündəlikdə olduğuna və bütün imkanları bu istiqamətdə səfərbər etməyin vacibliyinə toxunub. Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunub. Qərara alınıb ki, bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq