Karantin rejimini pozanlarla profilaktik görüş keçirilib
2020-04-28 14:03
İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib. Görüşdə həmin şəxslərin hər biri ilə fərdi söhətlər aparılıb. Törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını deyərək, digər sürücülərə karantin qaydalarına əməl etməyi tövsiyyə ediblər.
Nərgiz Camal