2020-12-18 14:06
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr də artırılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik edilib. Və müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 300, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək. Digər dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.
Fərid Mehdiyev