Karantin rejimini pozan şəxslər cərimələnib
2021-04-09 12:05
Balakənnin Qazma və Püştətala kəndlərində, Şəhmir Eminov və Akif Abdullayevə məxsus evlərdə yas mərasimlərinin keçirildiyi müəyyən edilib, onları təşkil edən şəxslər cərimələnib. İmişli polisi isə “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini aşkarlayıb, 8 nəfər cərimələnib. Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafenin işçiləri olan 4 nəfər barəsində protokol tərtib edilib. Koronavirus xəstəsi olan Cəlilabad sakini Toğrul Cəbrayılovun isə “Dəftərxana ləvazimatları” mağazasında işlədiyi müəyyənləşdirilib, o, yaşadığı ünvana qaytarılıb.
Vüsalə Camal