Karantin rejimi sərtləşdirilir, yenidən SMS icazə qüvvəyə minir

2020-12-08 16:03

Nazirlər Kabinetinin qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejimi 2021-ci il yanvarın 31-i saat 6-dək uzadılıb. 14 dekabrdan yanvarın 18-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi qüvvədə olacaq. Bu müddətdə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə giriş-çıxış dayandırılır; Şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə 3 saat müddətinə gündə 1 dəfə olmaqla icazə verilir. Əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım veriləcək. Zərərçəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara da yardım edilməsi nəzərdə tutulur. 31 yanvar səhər saat 6-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin 102 Xidməti vasitəsilə icazə almalıdır. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkət edə bilərlər.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik