"Karantin rejimi dərhal ləğv olunmamalıdır" - Prezidentin köməkçisi
2020-04-16 18:03
"Azərbaycanda koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Xəstəliyə yoluxma halı və arealının nəzarət altında olduğunu bildirən Prezidentin köməkçisi “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, karantin rejimi dərhal ləğv olunmamalıdır” - deyib.
Fərid Mehdiyev