Karantin qaydalarını pozaraq şadyanalıq edənlər cərimələniblər
2021-10-28 12:08
Ağdaşda fəaliyyət göstərən “Ümid” və “Səma” şadlıq saraylarında karantin rejimindən irəli gələn tələblərin pozulduğu müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Sabir Məmmədov və Arif Nəsibov cərimələniblər. Rayonun bir neçə kəndində və şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən 7 toy mərasimində də anoloji hala rast gelinib. Həmin toyların sahibləri barəsində də qanuna müvafiq tədbir görülüb.
Vüsalə camal