Karantin qaydalarını pozaraq şadyanalıq edənlər cərimələniblər
2021-10-15 10:09
Göyçayın Cəyirli kəndində Məhəmməd Vahidova məxsus evin həyətində təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib. Anoloji hala rayonun Hacağabəyli kəndində Elsevər Quluyevə məxsus ünvanda keçirilən şənlik mərasimində də rast gəlinib. Hər iki məclisin təşkilatçısı məsuliyyətə cəlb olunub.
Nərgiz camal