Kanadada azərbaycanlı analar Gəncə və Bərdədə erməni terroruna etiraz ediblər
2020-10-31 12:09
Kanadanın Ontario vilayətinin qanunvericilik məclisinin binası önündə Toronto şəhəri və ətrafında yaşayan azərbaycanlı anaların etiraz aksiyası keçirilib. Onlar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə və bu ədalətsizliyin 30 ilə yaxın davam etməsinə etiraz səslərini ucaldıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə çinayəti nəticəsində Bərdə və Gəncə şəhərlərində qətlə yetirilən azərbaycanlı uşaqlara ithaf olunan guşə yaradılıb. Şəkillərin önünə güllər, oyuncaqlar düzülüb və şamlar yandırılıb.
Vəfa Şairova