2020-10-08 18:07
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının videokonfrans formatında 30-cu yubiley iclası keçirilib. İclasda çıxış edən Baş prokuror Kamran Əliyev bildirilib ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirib, nəticədə 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub, 148 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılıb. Məsələyə dair Özbəkistan və Rusiya Baş prokuroru çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri çərçivəsində və sülh yolu ilə həll olunmasının vacibliyini qeyd ediblər.
Nərgiz Camal