Kamran Əliyev dünya dövlətlərinin baş prokurorlarına müraciət edib
2020-10-05 13:04
Baş prokuror Kamran Əliyev 20 ölkənin baş prokurorları, ədliyyə nazirlərinə rəsmi müraciət edib. Gəncə Beyləqan və Mingəçevirin atəşə tutulduğu, Ermənistanın xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırdığı bildirilib. KİV-lərdə təxminən 1000-ə yaxın etnik erməninin Azərbaycanın işğal altındakı torpaqlarına gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb. Digər ölkələrdə terror aktlarının həyata keçirilməsində iştirak edən şəxslər müəyyən edilib. Xarici ölkələrin ərazisindən terrorçuların Azərbaycanın işğal altındakı torpaqlarına daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsi, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunub.
Vəfa Şairova