Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir
Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla enerji, ticarət və digər sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Kaya Kallas qeyd edib ki, Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşı olaraq qalır.O Qarabağda minatəmizləmə sahəsinə də toxunaraq Aİ-nin bu istiqamətdə dəstəyi genişləndirmək imkanlarını nəzərdən keçirdiyini bildirib.Kallas Cənubi Qafqazı strateji region kimi dəyərləndirərək, bölgədə sülh və sabitliyin vacibliyini vurğulayıb.
22 aprel 2026

