Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
2021-10-14 10:00
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San-Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib. Azərbaycanın 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji müttəfiqinə çevrildiyi, beynəlxalq aləmdə müsəlman, xristiyan və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanındığı vurğulanıb.
Nərgiz camal