Canlı
Kaliforniyada daşqınlarla əlaqədar 10 min sakin təxliyə olunacaq

2018-01-12 / 14:02

ABŞ-ın Kaliforniya ştatının Santa-Barbara bölgəsində güclü yağıntıların səbəb olduğu daşqın və torpaq sürüşmələri ilə əlaqədar 10 minə yaxın sakinin təxliyəsi tələb olunur. Montesito qəsəbəsinin demək olar ki, bütün sakinləri təxliyə ediləcək. Santa-Barbara bölgəsinin rəhbərliyi sakinlərin bir-iki həftə ərzində evlərinə qayıda bilməyəcəyini bildirib. Ştatda daşqınlar nəticəsində 17 nəfər ölüb.

Ruhəngiz Hacızadə