Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin Kahramanmaraş vilayətində salınan "Azərbaycan məhəlləsi"nin layihəsi təqdim edilib.Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Türkiyə pavilyonundakı çıxışında qeyd edib ki, ərazidə ticarət zonaları, idman mərkəzi, məscid və istirahət sahələri sakinlərin ehtiyaclarına uyğun şəkildə layihələndirilib. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühiti formalaşdırmaqdır. WUF13 çərçivəsində həmçinin Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
18 may 2026

