Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb
"Haber Global"ın məlumatına görə, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir.Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə son iki gündə baş verən silahlı insidentlərdən sonra ölkənin təhsil müəssisələrində nəzarət gücləndirilib.
16 aprel 2026

