Kafedə kütləvi dava olub
Bakının Nərimanov rayonunda kafelərin birində baş verən kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Raqif Rəhimov, 1998-ci il təvəllüdlü Sərvan Məsimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov bıçaq xəsarətləri alıblar. Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb.Digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
13 noyabr 2026

