Kərkini Ermənistan ərazisi kimi təqdim etmək ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü məsələsini dəyişdirmək, müharibə elan etmək deməkdir
Ermənistanın Baş naziri Nikol Paşinyan Kərki kəndinin də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirib.Paşinyan bu barədə müxalifətin Kərkidə bağlı açıqlamalarını şərh edərkən danışıb.Kərkidə vəziyyətlə bağlı hazırda heç bir razılaşma yoxdur.Əsas məqsədi gərginliyi azaltmaq və məsələnin normal həll yollarını tapmaqdır. Paşinyan bildirib ki, Kərkini Ermənistan ərazisi kimi təqdim etmək ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü məsələsini dəyişdirmək, başqa sözlə, müharibə elan etmək deməkdir.
11 sentyabr 2026

