Kərim Vəliyev Türkiyədə Metin Gürak ilə görüşüb
Türkiyədə olan müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Birgə təlimlərin artırılmasının vacibliyi vurğulanıb. Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti İzmirdə "Doğanbey" təlim sahəsində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə də tanış olublar.
Vüsalə Cənnətova