"Kəpəz"in sabiq futbolçusunun oğlu "Napoli"də oynayacaq
2021-04-12 12:00
"Kəpəz"in sabiq futbolçusu, Gəncə klubunun heyətində Azərbaycan çempionu və kubokun qalibi olan Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirəcək. Hazırda Gürcüstanın "Dinamo" Batumi komandasında oynayan futbolçu "Napoli"yə keçəcək. İtaliyalı mətbuatının məlumatına görə, 21 yaşlı vinger növbəti mövsümdən Neapol təmsilçisində çıxış edəcək. Xviça Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib.
Vüsalə camal