"Kəpəz"in keçmiş baş məşqçisi AFFA rəsmilərini təhqir etdiyi üçün cəza alıb
2021-04-22 18:00
AFFA İntizam Komitəsi U-17 liqasında çıxış edən "Səbail" komandasının rəsmisi Mirbağır İsayevin 10 oyunluq stadiona girişinə qadağa qoyub. Buna "Kəpəz"in keçmiş baş məşqçisi olan 48 yaşlı mütəxəssisin "Keşlə" ilə oyunda assosiasiya rəsmilərini təhqir etməsi səbəb olub. "Dənizçilər"in inzibatçısı Yaşar Qasımov isə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəza ilə üzləşib.
Vüsalə camal