“Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev komandanın mövsümün startındakı çıxışını və qarşıdakı “Qəbələ” oyunu ilə bağlı fikirlərini bölüşüb.“İnanılmaz, möhtəşəm dəstək var idi. Evdə qələbə qazanmaq sevindiricidir. Amma komanda yenidir, məşqçi də yenidir. Zamanla daha yaxşı olacaq” - deyə,33 yaşlı futbolçu vurğulayıb.Hacıyev “Şamaxı” ilə 1:4 hesablı məğlubiyyətdən də danışarkən buraxılan qolların öz səhvləri ucbatından olduğunu, daha çox çalışmalı və oyunlara daha ciddi yanaşmalı olduqlarını bildirib. Təcrübəli futbolçu karyerasını bitirmək istədiyini, lakin “Kəpəz”ə keçdikdən sonra futbola sevgisini yenidən qazandığını deyib.Hacıyev qarşıdakı “Qəbələ” matçına da toxunaraq “Azarkeşlərimizin dəstəyi bizim üçün böyük motivasiyadır. Keçən oyundan dərs çıxarmışıq. Meydana qələbə üçün çıxacağıq”,- söyləyib. Qeyd edək ki,“Kəpəz” – “Qəbələ” görüşü sentyabrın 12-də saat 17:30-da keçiriləcək.
09 sentyabr 2026

