"Kəpəz"i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli olub
"Kəpəz"i Premyer Liqanın növbəti turuna çıxaracaq mütəxəssis bəlli olub. Bu vəzifə Etibar İbrahimova həvalə edilib. Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi. Gəncə təmsilçisi noyabrın 10-da, saat 19-da "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Nərgiz Camalzadə