"Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb.Bir sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.Xatırladaq ki, qarşılaşma noyabrın 22-də Gəncə şəhər stadionunda saat 17:00-da start götürəcək.
17 noyabr 2026

