"Kəpəz"- "Qarabağ": 2:3

Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir. Çempionatın ikinci oyun günündə Gəncədə "Kəpəz" və "Qarabağ" kollektivləri üz-üzə gəlib. Azarkeşlərin 5 qol izlədiyi matçda Ağdam təmsilçisi yekunda 3:2 hesabı ilə qələbə qazanıb. Gəncəlilərin heyətində Bəxtiyar Soltanov və Şəhriyar Rəhimov fərqlənibsə, qonaq komandanın qollarını Coşqun Diniyev, Samuel Armenteros, həmçinin Elvin Məmmədov ev sahiblərinin qapısından keçirib.

Orxan Cəfərzadə